Çin Azərbaycanla əlaqələrin inkişafma xüsusi əhəmiyyət verir

 

Bakıda Çin Memarlığına Həsr Olunmuş Elmi Konfrans Keçirildi

 

Dünən Memarlıq və İnşaat Universitetində Çin memarlığına həsr olunmuş elmi konfrans keçirildi, Tədbiri giriş sözü ilə açan universitetin rektoru Gülçöhrə Məmmədova bildirdi ki, qədim Çin memarlığı bütün dünyanı heyrətdə qoyub: "Bu qədim və nadir memarlığın nümunələri olan sənət əsərləri təkcə Çinə deyil, bütün dünyaya məxsusdur. Çünki Yer üzünün ən böyük sənət əsərləri hansı ölkədə yaranmasından, hansı millətə mənsub olmasından asılı olmayaraq bəşəri sənət inciləri sayılır və bütün dünyaya məxsus olur. Çin insanları da öz qədim mədəniyyətləri, memarlıq nümunələri ilə qürur hissi keçirir, fəxr edirlər. Çin memarlığı Şərqin ən mühüm böyük memarlığıdır. Bu memarlıq zaman-zaman dünya memarlığına qiymətli incilər bəxş edib. Bu gün belə bir elmi konfransı bizim universitetlə birlikdə təşkil edən, ona dəstək olan Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinə səfir Can Haycuya, Çin-Azərbaycan Dostluq Qrupunun məsul katibi Rafiq Abbasova, eləcə Dostluq Qrupunun üzvlərinə öz minnətdarlığımı bildirmək istəyirəm".

G.Məmmədova Çin-Azərbaycan əlaqələrinin inkişafı barədə danışdı. Bildirdi ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, Çin Xalq Respublikası ölkəmizin müstəqilliyini tanıyan onunla diplomatik əlaqələr quran ilk dövlətlər sırasında oldu.

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Can Haycu belə bir tədbirin keçirilməsini iki ölkə arasındakı mövcud əlaqələrin günü-gündən möhkəmlənməsinə, inkişaf etməsinə bir nümunə kimi qiymətləndirdi. Səfir öz çıxışında hər iki ölkənin qədim tarixə, zəngin mədəniyyətə tnalik olmasından danışdı: "Hər bir xalqın, ölkənin mədəniyyəti onun memarlığında dərin iz buraxır. Belə tarixi hadisələr həm Azərbaycanda var. Təbii ki, hər bir xalq, millət öz sənət inciləri, qədim tarixi mədəniyyəti ilə fəxr edir. Bu mənada Çinin qapıla bütün dünyanın üzünə açıqdır. Biz dost Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk bu gün, demək olar ki, müxtəlif sahələrdə əməkdaşlığımız uğurla davam edir. Belə bir elmi simpoziumun keçirilməsi məni çox sevindirir. Azərbaycanda diplomatik fəaliyyətə başladığım gündən bu ölkənin insanlarında Çinə olan marağın, diqqətin şahidi olmuşam. Düşünürəm ki, biz birlikdə hələ çox tədbirlər həyata keçirəcəyik".

Çin-Azərbaycan Dostluq Qrupunun məsul katibi Rafiq Abbasov da öz çıxışında Çinin qədim mədəniyyətindən, memarlıq abidələrindən söhbət açdı. Bildirdi ki, bu gün Çin memarlığının nümunələri olan öz arxitekturası ilə bütün dünyanı heyrətdə qoyan abidələr YUNESKO-nun siyahısında xüsusi yer tutur. Sonra Çin memarlığı ilə bağlı məruzələr dinlənildi. İlk olaraq Memarlıq İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova "Çin mağara məbədləri" mövzusunda çıxış etdi. Elmi simpoziumda edilən digər məruzələr maraqla qarşılandı.

 

Yeni Azərbaycan.- 2006.- 7 iyun.- S. 6.